Özbəkistanın Margilan şəhərində Beynəlxalq Atlas Festivalı keçirilib.
Festival çərçivəsində yerli və xarici iştirakçılara milli parça istehsalı ənənəsi təqdim olunub.
Əsrlər boyu İpək Yolunun mühüm mərkəzlərindən biri olan Margilanda atlas parça istehsal olunur.
İpək və pambıq qarışığı olan Atlas parça rəngarəng naxışları ilə məşhurdur.
2015-ci ildən iki ildən bir keçirilən festivalla rayonun atlas istehsalı ənənəsi təbliğ olunur.
Festival çərçivəsində Margilan atlasının istehsalı ənənəsinin gənc nəsillərə çatdırılması məqsədi ilə seminar keçirilib.
Seminarda gənc modelyerlər atlas parçadan hazırlanmış işlərini təqdim ediblər.