Qazaxıstan Türkiyə dövlətləri ilə sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib

Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin təsdiqini nəzərdə tutan qanunu imzalayıb.

Qazaxıstan Rəyasət Heyətindən verilən açıqlamaya görə, sözügedən saziş Tokayevin imzaladığı qanunla qüvvəyə minib.

Saziş TDT-yə üzv dövlətlərin gömrük idarələri arasında əməliyyatları sürətləndirmək, gömrük əməliyyatlarında bürokratiyanı azaltmaq, mallar üçün gömrük nəzarəti formalarından istifadəni minimuma endirmək məqsədi daşıyır.

“TDT-yə üzv ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını” nəzərdə tutan sazişlə bağlı qanun layihəsi sentyabrın 13-də Qazaxıstan parlamentinin yuxarı palatası olan Senatda təsdiqlənib.

Razılaşma ilə bağlı açıqlamasında senator Nurlan Bekenov Qazaxıstanın TDT üzv ölkələri ilə ticarət həcminin bu ilin əvvəlindən 10,4 milyard dollara çatdığını bildirib.

Əlaqəli xəbərlər