Bişkekdə tikilməsi planlaşdırılan stadion ənənəvi qırğız keçə çadırı formasında olacaq.
Şəhərin cənub-qərbində FİFA standartlarına uyğun stadion tikilir.
Sovet dövründə tikilən və şəhərin mərkəzində yerləşən “Spartak” stadionundan fərqli olaraq, yeni stadion şəhərdən kənarda olacaq və Bişkek əhalisi üçün nəqliyyatın hərəkətində problem yaratmayacaq.
Ümumi sahəsi 85 min kvadratmetr olan stadion tamamlandığında 45 min nəfər tutumlu olacaq. Stadion kompleks xüsusiyyətə malik olacaq və biri qapalı olmaqla iki məşq meydançası, kafelər, restoranlar və stadionun sərhədləri daxilində ticarət mərkəzi təklif edəcək.
Stadionda qırğız xalqının milli mədəniyyətini və adət-ənənələrini əks etdirən fiqurlar və naxışlar nümayiş etdiriləcək. Stadionun xarici dizaynı qırğız xalqının ənənəvi çadırı olan Boz Üy formasında olacaq.