Kahramanmaraşda yeni inşa edilən Heydər Əliyev adına məktəbin açılışı oldu

Kahramanmaraşda “Azərbaycan” məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin açılış mərasimi olub.

Tədbirdə Türkiyənin milli təhsil naziri Yusuf Tekin və azərbaycanlı həmkarı Emin Əmrullayev çıxış ediblər.

Onlar nitqlərində Türkiyə və Azərbaycan arasında qardaşlığa diqqət çəkiblər. Azərbaycanlı nazir həmçinin dəhşətli zəlzələ ilə əlaqədar Türkiyəyə kömək etmə üçün ölkəmizin əlindən gələn hər şeyi etdiyini vurğulayıb.

Əlaqəli xəbərlər