Özbəkistan müstəqillik gününü qeyd edir

Özbəkistanın müstəqillik günü hər il sentyabr ayının biri rəsmi milli bayram kimi qeyd edilir.

Yenituran.az xəbər verir ki, 1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada baş vermiş avqust çevrilişi bir çox sovet respublikalarının Sovet İttifaqından ayrılaraq müstəqilliklərini elan etməsinə səbəb olub.

Özbəkistan SSR Prezidenti İslam Kərimov 1991-ci il avqustun 31-də Özbəkistanın SSRİ-dən ayrılaraq müstəqilliyini elan edib.

Həmin gün Özbəkistan Ali Soveti Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsi haqqında qərar və Özbəkistanın dövlət müstəqilliyi haqqında qanun qəbul edib.

Qanunlar Kərimov tərəfindən imzalandıqdan sonra Özbəkistan SSR-in adı dəyişdirilərək Özbəkistan Respublikası adlandırıldı və növbəti gün hökumət tərəfindən milli bayram elan edildi.

Hər il bu bayramda Özbəkistanın 12 bölgəsinin hər birində yerli mədəniyyət və adət-ənənələri əks etdirən insanlar üçün xüsusi tədbirlər hazırlanır.

Əlaqəli xəbərlər