Son xəbərlər

Elnur Azadxanov vəzifəsindən azad olundu

TƏBİB rəhbərliyinin qərarı ilə qurumda yeni kadr islahatı həyata keçirilib.

Yenituran.az bildirir ki, nocomment.az-ın məlumatına görə, icraçı direktorun müvafiq əmri ilə Sumqayıt Tibb Mərkəzinə rəhbərlik edən Elnur Azadxanov tutduğu postdan uzaqlaşdırılıb.

Hələlik idarəçinin bu vəzifədən nə səbəbdən azad edildiyi barədə rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.

Eyni zamanda, boşalan rəhbər kürsüsünə hələlik həmin şəxsin əvəzinə kimin təyin olunacağı da ictimaiyyətə açıqlanmayıb.

Yaxın vaxtlarda məsələ ilə bağlı əlavə rəsmi məlumatların açıqlanacağı gözlənilir.

Əlaqəli xəbərlər