“Turan Tovuz” növbəti qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

“Report”un məlumatına görə, günün ilk matçı Tovuz şəhər stadionunda keçirilib.

Doğma meydanda “Səbail”i qəbul edən “Turan Tovuz” qələbə qazanıb – 1:0.

Qarşılaşmada yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub.

Ardıcıl dördüncü qələbəsini qazanan qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlindəki liderliyini möhkəmləndirib.

Əlaqəli xəbərlər