Novo Nordisk Azərbaycan tərəfindən media nümayəndələri üçün netvorkinq tədbiri təşkil olunub. Tədbir çərçivəsində səhiyyə mütəxəssisləri və media iştirakçıları bir araya gələrək müasir dövrün ən aktual problemlərindən biri olan artıq çəki və piylənmə mövzusunu müzakirə ediblər.
Görüş zamanı düzgün çəki idarəolunması, uzunmüddətli və davamlı nəticələrin əldə olunması, eləcə də bu sahədə innovativ tibbi yanaşmaların rolu əsas müzakirə mövzuları olub. İştirakçılara müasir elmi yanaşmalar, o cümlədən semaqlutid kimi həllərin çəki nəzarətində rolu barədə məlumat verilib.
Tədbir zamanı qonaqlara həmçinin InBody cihazı vasitəsilə bədən tərkibinin analizi (o cümlədən BKİ – bədən kütlə indeksi) ölçmək və həkimlə fərdi məsləhətləşmə imkanı təqdim olunub.
Bu gün artıq çəki qlobal miqyasda ən ciddi səhiyyə problemlərindən biri hesab olunur. Dünyada 1 milyarda yaxın insan artıq çəki ilə yaşayır. Azərbaycanda isə təxminən 4.2 milyon insan artıq çəkiyə malikdir, 1.8 milyon insan piylənmədən əziyyət çəkir.
Mütəxəssislərin fikrincə, artıq çəki yalnız həyat tərzi ilə bağlı deyil — bu, xroniki və proqressiv tibbi vəziyyətdir.
GLP-1 yanaşması: müasir elmi perspektiv
Son illərdə çəki idarəolunması sahəsində ən çox diqqət çəkən istiqamətlərdən biri GLP-1 reseptor agonistləri sinfinə aid yanaşmalardır. Bu hormon iştahanın və toxluq hissinin tənzimlənməsində mühüm rol oynayır.
GLP-1 əsaslı yanaşmalar aclıq hissini azaldır, toxluq hissini artırır və qida qəbulunun idarə olunmasına kömək edir. Bu isə daha davamlı çəki azalmasına şərait yaradır.
Elmi nəticələr və sağlamlığa təsiri
Klinik tədqiqatlar göstərir ki, bu yanaşmalar yalnız çəkinin azalmasına deyil, həm də qan təzyiqi, lipid profili və qlikemik göstəricilərin yaxşılaşmasına müsbət təsir edir.
Kompleks yanaşmanın vacibliyi
Effektiv çəki idarəolunması üçün balanslaşdırılmış qidalanma, fiziki aktivlik, davranış dəyişiklikləri və zərurət olduqda tibbi yanaşmaların birgə tətbiqi vacibdir.
Novo Nordisk bu istiqamətdə elmi tədqiqatlar və innovativ həllər vasitəsilə artıq çəkiyə yanaşmanın dəyişdirilməsinə töhfə verir və maarifləndirmə fəaliyyətlərini davam etdirir.
Bununla yanaşı, Novo Nordisk tərəfindən 2026-cı ilin iyun ayında Azərbaycanda genişmiqyaslı təqdimat tədbirinin keçirilməsi planlaşdırılır. Tədbir çərçivəsində semaqlutid əsaslı müasir yanaşmalardan biri olan Wegovy®-nin ölkədə təqdimatı gözlənilir.
