Güləli Bağırov Ulu Öndəri yad etdi

Bakıda “Azturk Holding”in prezidenti Güləli Bağırov və vyetnamlı iş adamları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Yenituran.az xəbər verir ki, ziyarət zamanı Ulu Öndərin dövlətçilik siyasətinə, müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rola və beynəlxalq əməkdaşlıq prinsiplərinə xüsusi ehtiram ifadə olunub.

Daha sonra tərəflər arasında geniştərkibli görüş keçirilib. Görüşdə Azərbaycan ilə Vyetnam arasında iqtisadi, ticarət və investisiya sahələrində perspektivli əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusi diqqət sənaye, logistika, enerji, təhsil və texnologiya sahələrində birgə layihələrin reallaşdırılmasına yönəldilib.

Çıxışında Güləli Bağırov Azərbaycanın regionda sabitlik, inkişaf və investisiya üçün əlverişli mühit yaratdığını vurğulayıb. O bildirib ki, vyetnamlı tərəfdaşlarla uzunmüddətli və strateji əməkdaşlıq hər iki ölkə üçün əhəmiyyətli faydalar verə bilər.

Vyetnamlı iş adamları isə Azərbaycanın iqtisadi potensialını yüksək qiymətləndirərək, ölkədə həyata keçirilən islahatların və beynəlxalq layihələrin biznes üçün geniş imkanlar yaratdığını qeyd ediblər. Görüş qarşılıqlı etimadın gücləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından məhsuldar qiymətləndirilib.

image-img-20260314-wa0008

Əlaqəli xəbərlər