Türkiyə 5 ildən sonra bu iclasa dəvət edildi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) dəvəti əsasında Brüsseldə Aİ-nin XİN rəhbərlərinin qeyri-rəsmi iclasında iştirak edəcək. 

Yenituran.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

Bildirilir ki, Türkiyə 5 illik fasilədən sonra sözügedən iclasa dəvət edilib. İclas zamanı hazırda gündəmdə olan beynəlxalq mövzuların müzakirə ediləcəyi gözlənilir. 

Hakan Fidan, həmçinin Brüsseldə ikitərəfli görüşlər də keçirəcək.

Əlaqəli xəbərlər