Azərbaycanın milli eynək brendi “Eyenek” qış kolleksiyasını təqdim edir – Premium keyfiyyət artıq satışda

Azərbaycanın milli eynək brendi “Eyenek” rəsmi olaraq bazara təqdim olunub. Brend ilin bütün fəsilləri üçün modellər hazırlasa da, ilk mərhələdə istifadəçilərə qış mövsümü üçün nəzərdə tutulmuş xüsusi kolleksiyasını təqdim edir.

“Eyenek” qış kolleksiyası qarlı hava şəraiti, aşağı temperatur və intensiv işıq əks olunmaları nəzərə alınaraq dizayn edilib. Modellər gündəlik istifadə üçün yüksək vizual komfortla yanaşı funksional və zərif dizayn təqdim edir. Eynəklər Avropa İttifaqının (EU) 2017/745 tələblərinə uyğun istehsal olunub və CE markalanmasına malikdir. İstehsal və keyfiyyətə nəzarət prosesləri beynəlxalq ISO standartları əsasında həyata keçirilir.
Kolleksiyada istifadə olunan linzalar beynəlxalq standartlara uyğun olaraq sınaqdan keçirilib və UV400 qoruması ilə UVA və UVB şüalarının 100 faizini bloklayır. Modellər Filter Category 2 və 3 sinfinə aiddir və yol istifadəsi üçün uyğundur. Bu isə dəyişkən qış şəraitində təhlükəsiz və stabil görmə imkanı yaradır.

Qeyd edək ki, “Eyenek” eynəkləri dünyaca məşhur “Ray-Ban” eynəklərinin istehsal edildiyi eyni zavod və texnoloji istehsal xətləri üzərində hazırlanır. İstehsal prosesi və keyfiyyət standartları baxımından məhsullar premium seqmentlə eyni səviyyədədir.

“Eyenek” eynəkləri bu həftədən etibarən “World Telecom” mağazalarında, Bakı Beynəlxalq Hava Limanında yerləşən “Duty Free” mağazasında və Şahdağ Turizm Mərkəzində yerləşən “Gondola Café” də satışda olacaq.

Həmçinin məhsulları onlayn sifariş etmək üçün +994 50 880 33 33 nömrəsi ilə əlaqə saxlaya və ya brendin rəsmi sosial media hesablarına yaza bilərsiniz. Məhsullar və sifariş şərtləri ilə bağlı ətraflı məlumat “Eyenek”in rəsmi Instagram səhifəsində təqdim olunur.

Azərbaycanın milli eynək brendi “Eyenek” ilə qış mövsümündə rahat görmə və zərif üslubu bir arada seçin. Gözlərinizi qoruyun, stilinizi tamamlayın və premium keyfiyyəti gündəlik həyatınızın ayrılmaz hissəsinə çevirin.

Əlaqəli xəbərlər