“Azsığorta” əməkdaşı ilə bağlı başsağlığı açıqlaması verdi

“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti dərin kədər hissi ilə bildirir ki, Cəmiyyətin Korporativ katibi, əziz həmkarımız və dəyərli insan Verdiyev Yusif Hüseyn oğlu09.11.2025-ci il tarixində vaxtsız vəfat etmişdir. Yusif Verdiyev “Azsığorta” ASC-də çalışdığı qısa müddət ərzində yüksək peşəkarlığı, məsuliyyətli yanaşması və səmimi insani keyfiyyətləri ilə kollektivin dərin hörmətini qazanmışdır. Onun şirkətin inkişafında və korporativ idarəetmə prinsiplərinin formalaşmasında göstərdiyi xidmətlər daim minnətdarlıqla xatırlanacaqdır.“Azsığorta” ASC-nin kollektivi mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayır.Allah rəhmət eləsin!

Əlaqəli xəbərlər