“Atam Elman Nəsirovun dəstəyi ilə bir neçə dəfə xaricdə olmuşam, həyat yoldaşımı da işə o düzəldib… “İnformasiya.az xəbər verir ki, bu sözləri aztimes.az-a açıqlamasında millət vəkilinin qızı olduğunu iddia edən Laləzar Əliyeva bildirib.
Son günlərdə millət vəkili Elman Nəsirovla bağlı yayılan xəbərlər medianı zəbt etmişdir.
Sosial şəbəkələrdə deputatın birinci nikahından olan qızı olduğunu iddia edən Laləzar Əliyevanın yayılan video müraciəti fonunda millət vəkili tənqidlərlə üzləşmişdir.
Maraqlıdır ki, deputatın qızı olduğunu iddia edən Laləzar Əliyeva Elman Nəsirovun millət vəkili olduğu 10 ildən çox müddət ərzində bir dəfə belə olsun ictimaiyyətə nə pis, nə də yaxşı hər hansı məlumat verməmişdir. Hər kəsi maraqlandıran sual ondan ibarətdir ki, L.Əliyeva üçüncü dəfə, yəni VII çağırışda yenidən deputat seçilən Elman Nəsirovun onun atası olduğunun fərqinə yenimi vardı? Yoxsa burdakı maraqlar tamamilə başqadır?
Aztimes.az- saytına olan açıqlamasında L.Əliyeva bildirir ki, ona Nərimanov rayonu Firdovsi Məmmədov 15 ünvanında plana düşmüş evlərin ərazisində “Sıpark MTK” şirkəti tərəfindən inşa edilən yeni tikilidə iki mənzil (3 və 1 otaqlı) verilib. Mənzillərin 2026-cı ildə təhvil veriləcəyi bildirilir. Hazırda tikinti davam etdiyi üçün onlara bu müddət ərzində kirayə qalmaları üçün 800 AZN kirayə haqqı ödənilir. Özü də etiraf edir ki, bu kirayə haqqının ödənilməsində müəyyən gecikmələr yarandığı üçün Elman Nəsirov şirkət rəhbərliyi ilə əlaqə saxlamış və onlara daima kirayə pulunun ödənilməsini təmin etmişdir.
Digər tərəfdən L.Əliyeva başqa bir şeyi etiraf edir. O həyat yoldaşının işlə təmin olunmasında da deputatın kömək etdiyini bildirir.
Görünür ki, ölkədə baş verən son siyasi hadisələrə deputat tərəfindən verilən çevik reaksiyalar, onun siyasi fəaliyyəti maraqlı dairələrin deputata qarşı birgə fəaliyyətinə səbəb olub. L.Əliyeva videoda bir çox şeyi izah edib, etiraflar etsə də, niyə məhz bu ərəfədə belə bir video müraciət yaydığını izah edə bilmir.
Geniş müsahibəni sizə təqdim edirik. Video müsahibə ilə buradan tanış ola bilərsiniz.
