Elman Nəsirov kənd sakinləri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov 23 sentyabr 2025-ci il tarixində Cəlilabad rayonunun Alar, Həziabad və Mirzəli kəndlərindən olan seçiciləri ilə görüş keçirib.

Seçicilər əsasən işlə təmin olunma, kommunal xidmətlər, əlilliyin təmin olunması, ünvanlı dövlət sosial yardımının ayrılması, təltif olunma, məhkəmə, məşğulluğa cəlb olunma və digər əlaqədar məsələlərlə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələbələrinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı qurumlara yönləndirilib.

Əlaqəli xəbərlər