Qazaxıstan artan elektrik enerjisi çatışmazlığı fonunda AES-in tikintisini sürətləndirəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev artan elektrik enerjisi çatışmazlığı fonunda hökumətə ölkədə ilk AES-in tikintisini sürətləndirməyi tapşırıb.

Prezident Tokayev hökumətin illik qiymətləndirmə iclasına sədrlik edib, həmçinin Oljas Bektenovun rəhbərlik etdiyi kabinetə yeni tapşırıqlar verib.

Tokayev bildirib ki, ötən il dünyada mövcud olan çətin vəziyyətə baxmayaraq, ölkə iqtisadiyyatı yüksəlişdə davam edib, lakin həllini gözləyən problemlər var.

Tokayev iqtisadiyyatın şaxələndirilməsi, xarici investisiyaların cəlb edilməsi, turizmin inkişafı, tranzit, nəqliyyat və logistika, e-ticarət sektorları və süni intellekt sahələrində təcili irəliləyişlər edilməli olduğunu vurğulayaraq, “İqlim gündəmində də böyük dəyişikliklər olacaq. Yaşıl enerjinin inkişafına yanaşmaların nəzərdən keçirilməsini tələb edəcək” dedi.

Əlaqəli xəbərlər