Türkiyədəki ali təhsil müəssisələrinin tədris planı Özbəkistanın paytaxtı Daşkənddəki Beynəlxalq Türk Dövlətləri Universitetində əsas götürüləcək.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılması haqqında fərman imzalayıb.
Müvafiq olaraq, universitet mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı, qida mühəndisliyi, iqtisadiyyat və sosial elmlər kimi sahələr üzrə beynəlxalq standartlara uyğun təhsil verəcək.
2025-2026-cı tədris ilində fəaliyyətə başlayacaq universitetin təhsil sistemi beynəlxalq reytinqlərdə ilk 1000 universitet arasında yer alan Türkiyənin ali təhsil müəssisələrinin tədris proqramları əsasında qurulacaq.
Universitetin fəaliyyəti və koordinasiyası üçün Özbəkistan qanunlarına uyğun fəaliyyət göstərəcək direktorlar şurası yaradılacaq.