Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) İngiltərə müstəmləkəçiliyinə qarşı müqavimətin 67-ci ildönümü ilə əlaqədar təşkil edilən mərasimdə şəhidlər anılıb.
İngiltərə müstəmləkəçiliyinə qarşı müqavimətin 67-ci ildönümü münasibətilə 27-28 yanvar 1958-ci il tarixlərində paytaxt Lefkoşadakı Şəhidlər Memorialının qarşısında şəhidlərin anım mərasimi keçirilib.
Mərasimə KKTC prezidenti Ersin Tatar, hərbi və mülki rəsmilər və vətəndaşlar qatılıb.
Mərasim abidə önünə əklillərin qoyulması, daha sonra bir dəqiqəlik sükutla yad edilməsi və ehtiramla, Dövlət Himninin müşayiəti ilə bayraqların qaldırılması ilə başlayıb.
KKTC prezidenti Tatar burada etdiyi çıxışında Kipr türk xalqının bu torpaqlarda ayrı bir millət kimi yaşaya bilməsi üçün 67 il əvvəl İngiltərə müstəmləkə idarəsinə qarşı mübarizə apardığını bildirib və şəhidlərin xatirəsini rəhmət və minnətlə yad etdiklərini dilə gətirib.
Tatar Kipr türk xalqının İngiltərə müstəmləkəçiliyindən sonra adanı Yunanıstana bağlamaq üçün qurulan terror təşkilatı EOKA dəstələrinə müqavimət göstərdiyini vurğulayaraq, o illərdəki prosesin Türk Müqavimət Təşkilatının (TMT) yaradılmasını zəruri etdiyini bildirib.