Fatih Terimin yeni komandası bəlli olub

Türkiyəli təcrübəli çalışdırıcı Fatih Terim Səudiyyə Ərəbistanı Liqasında çıxış edən “Əş-Şəbab” klubunu çalışdıracaq.

Yenituran.az “SporX”ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Əş-Şəbab” klubunun rəsmiləri ilə görüşərək təklifə razılıq verib.

Onun Səudiyyə Ərəbistanı klubu ilə üçillik müqavilə imzalayacağı bildirilib.

Əlaqəli xəbərlər