Son xəbərlər

Tokayev Müstəqillik Günü münasibətilə Qazaxıstan xalqını təbrik edib

Qazaxıstan dövlət başçısı Qasım-Jomart Tokayevin Müstəqillik Günü münasibətilə Qazaxıstan xalqını təbrik edib.

Yenituran.az həmin təbriki təqdim edir:

“Əziz həmvətənlər!

Müstəqillik gününüz mübarək!

Bu bayram dövlətçiliyimizin dirçəlişinin rəmzi, xalqımızın azadlıq arzusunun təcəssümüdür. Bu gündə hamımız əcdadlarımızın vəsiyyətinə sadiq olmağın, millətin gələcəyi üçün məsuliyyət daşımağın nə qədər vacib olduğunu dərindən dərk edirik. Müstəqillik bizim bütün nailiyyətlərimizin əsasında dayanan ümumi əvəzsiz sərvətimizdir. Müstəqillik hər şeydən üstündür. Onu göz bəbəyi kimi qorumaq hər bir vətəndaşın borcudur.

Bu gün Qazaxıstan beynəlxalq aləmdə nüfuzunu addım-addım gücləndirərək aydın strateji kursla inamla irəliləyir. Bütün bunlar xalqımızın zəhməti, həmrəyliyi sayəsindədir.

Əminəm ki, cəmiyyətdə birliyimizi, sakitliyimizi, sabitliyimizi qoruyub saxlamaqla biz bütün çətinlikləri dəf edəcəyik, tərəqqi yolunda yeni zirvələr fəth edəcəyik.

Hər kəsə cansağlığı və firavanlıq arzulayıram!
Qoy müqəddəs Vətənimiz çiçəklənsin!”

Əlaqəli xəbərlər