Dünya şöhrətli qırğız yazıçısı, dövlət xadimi, diplomat və siyasətçi Cengiz Aytmatov anadan olmasının 96-cı ildönümündə anılıb.
Yazıçı Aytmatovun xatirəsini yad etmək üçün ailəsi və yaxınları paytaxt Bişkek yaxınlığındakı qəbiristanlığa gələrək məzarı üzərinə gül dəstələri düzüb, dualar ediblər.
Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas rayonunun Şeker kəndində anadan olub.
Rusiya telekanallarından birinə sənədli film çəkmək üçün getdiyi Tatarıstanın paytaxtı Kazanda xəstələnən Aytmatov 2008-ci il iyunun 10-da müalicə üçün aparıldığı Almaniyada vəfat edib.
Aytmatov Qırğızıstanın paytaxtı Bişkekdəki Ata-Beyit Milli Tarix-Memorial Kompleksində atası Törəkul Aytmatovun məzarının yanında dəfn edilib.