Türkmənistanda Bitərəflik Günü qeyd edilib

Türkmən xalqının müstəqillik əldə etdikdən sonra ən böyük dəyəri hesab edilən Bitərəflik Günü Aşqabad Bitərəflik abidəsində qeyd olunub.

Bayram şənliklərində Türkiyə adından iştirak edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallılar Nümayəndə heyətinin sədri Binəli Yıldırım, nazirlər, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri və səfirlərlə birlikdə abidə önünə gül dəstələri qoyublar.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov bayram münasibətilə göndərdiyi mesajda Türkmənistanın bitərəfliyinin beynəlxalq əməkdaşlıq və dostluq əlaqələrinin inkişafına güclü təkan verdiyini bildirib.

Digər tərəfdən Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım səfəri çərçivəsində Türkmən xalqının Ümummilli Lideri Qurbanquli Berdiməhəmmədov ilə görüşüb.

Görüş zamanı Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Budapeştdə keçirilən 16-cı dövr toplantısının nəticələri müzakirə olunub. Ümummilli Lider Berdiməhəmmədov Türkmənistan və Türkiyə Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi təşəbbüslərini dəstəklədiklərini bildirib.

Binəli Yıldırıma səfəri zamanı Ümummilli Lider Qurbanquli Berdiməhəmmədov türkmən paltarı və telpek geyindirib. Türk dövlətləri daxilində qardaş ölkələrlə hərtərəfli əməkdaşlığa verdiyi töhfələrə görə ona “İlin fəxri ağsaqqalı” adı və “Mahtumqulu Firakinin 300 illik yubiley medalı” verilib.

Əlaqəli xəbərlər