Qırğızıstanın Karakol şəhərində Tyan Şan dağından ilham alaraq layihələndirilən və yenidən qurulan beynəlxalq hava limanı istifadəyə verilib.
Dünyanın ən gözəl göllərindən biri sayılan və qış mövsümündə məşhur xizək kurortlarının yerləşdiyi İssık Kulun şərq sahilində yerləşən Karakol şəhərində yenilənmiş hava limanı mərasimlə istifadəyə verilib.
Təxminən 50 il əvvəl qurulan və 2018-ci ildən istifadəyə verilməyən hava limanında 9 min kvadratmetr sahədə yeni terminal binası və 2450 metrlik təyyarə uçuş-enmə zolağı inşa edilib.
Yeni terminal binasının memarlığı ölkə ərazisinin təxminən 90 faizini əhatə edən Tanrı dağının (Tyan Şan) zirvələrinə bənzədilib.