Türkmənistanda “Beynəlxalq Sülhün və Davamlı İnkişafın Gücləndirilməsi üzrə Birgə Səylər Konfransı” keçirilib

Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Merdovun ev sahibliyi etdiyi konfransda Türkiyəni Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım təmsil edib.

Türkmənistanın “Daimi neytrallıq statusu” qazanmasının 29-cu ildönümündən əvvəl Aşqabadda “Beynəlxalq Sülhün və Davamlı İnkişafın Gücləndirilməsi sahəsində Birgə Səylər Konfransı” keçirilib.

Konfransda Türkmənistanın dünyada sülh və sabitliyə töhfə verən səyləri izah edilib. Türkmənistanın neytrallıq siyasətinin qlobal problemlərdən təcrid olunmaq məqsədi daşımadığı, əksinə, bu problemlərə konstruktiv töhfə verməyi qarşısına məqsəd qoyduğu vurğulanıb.

Konfransda Türkiyəni təmsil edən Ağsaqqallar Şurasının sədri Yıldırım, ən pis sülhün müharibədən daha yaxşı olacağını ifadə edərək, Birləşmiş Millətlər Təşkilatının strukturunun dünyada sülhü təmin etmək üçün yetərli olmadığını bildirib.

Son hadisələrin Türkiyəni türk dünyasının güc və sabitlik mərkəzi kimi önə çəkdiyini deyən Yıldırım, Suriyadakı proseslərə diqqət çəkərək, gündə 25-30 min nəfərlik tərs köçün olduğunu bildirib.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov da Türkiyə və Türkmənistanın dünyada sülhü təmin etmək üçün əməkdaşlıq etdiyini bildirib.

Meredov, “Türkiyə Cümhuriyyəti xarici siyasətində sülh əldə etmək üçün böyük işlər görür. Cənab Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərindən biri kimi böyük işlər görüb, edir və inşallah edəcək. Bu günlərdə Türkmənistanla Türkiyə arasında əlaqələr yüksək səviyyədə davam edir”. dedi.

Konfrans çərçivəsində müxtəlif ölkələrin Türkmənistanın neytrallığını dəstəkləyən səfirləri öz ölkələrini təqdim ediblər.

Əlaqəli xəbərlər