Macarıstanın baş naziri Orban Türkiyəyə səfər edəcək

Macarıstanın baş naziri Viktor Orbanın sabah Türkiyəyə səfər edəcəyi və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi bildirilib.

Macarıstanın dövlət naziri Zoltan Kovacs X hesabında etdiyi paylaşımda Orbanın sabah Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Kovacs, prezident Ərdoğanın Orbanı qəbul edəcəyini və ikitərəfli görüşün “Ukrayna və Yaxın Şərqdəki inkişaflar, sülh gözləntiləri və ikitərəfli münasibətləri” müzakirə etmək üçün keçiriləcəyini bildirib.

Zoltan Kovacs, ikitərəfli görüşdən sonra Baş nazir Orbanın 2024 Türkiyə-Macarıstan Qarşılıqlı Mədəniyyət İlinin Bağlanış Mərasimində iştirak edəcəyini bildirdi. Digər tərəfdən Bağlanış Mərasimində Macarıstan Prezidenti Tamaş Sulyok da iştirak edəcək.

Əlaqəli xəbərlər