Türk Dövlətləri Skautlar Təşkilatı yaradıldı

Azərbaycanın paytaxtı Bakıda Türk Dövlətləri Skautlar Təşkilatının yaradılması haqqında saziş imzalanıb.

Türkiyə Skautluq Federasiyasının prezidenti Həsən Dinçer Subaşı açıqlamasında təşkilatın qurucu üzvləri arasında Azərbaycan, Macarıstan, Qazaxıstan və Türkiyənin də olduğunu bildirib.

Bakıda keçirilən imzalanma mərasimində iştirak edən Subaşı Özbəkistan və Qırğızıstanın müşahidəçi statusuna malik olduğunu bəyan edib.

Ortaq irsə və tarixə malik ölkələr arasında əməkdaşlığı təşviq etmək vizyonu ilə fəaliyyət göstərən assosiasiya gənclər arasında möhkəm əlaqələri inkişaf etdirməyi də qarşısına məqsəd qoyub.

Əlaqəli xəbərlər