Qırğızıstan hökumətinin kənd təsərrüfatı sektoru üçün başlatdığı “Kənd təsərrüfatının maliyyələşdirilməsi-12” Layihəsi çərçivəsində bu ilin yanvar-noyabr ayları arasında təxminən 50 milyon dollar kredit dəstəyi verilib.
Qırğızıstanda ilin əvvəlindən fermerlərə verilən kənd təsərrüfatı kreditlərinin sayı rekord həddə çatıb.
Hökumətin iqlim dəyişikliyi və baş verə biləcək ərzaq böhranlarının qarşısının alınması məqsədilə başlatdığı “Kənd təsərrüfatının maliyyələşdirilməsi-12” layihəsi çərçivəsində bu ilin 11 ayında təxminən 50 milyon dollar kredit verilib.
Kənd təsərrüfatı kreditlərinin 45 milyon dolları heyvandarlıq sahəsinə, qalanı isə bitki mənşəli kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsinə verilib.
Kənd təsərrüfatı sahəsinə verilən bu aşağı faizli kreditlər ölkənin ən iri dövlət bankları olan “Ayıl Bank” və “Eldik Bank” vasitəsilə verilib.
Digər tərəfdən, hökumət bu ilin ilk 10 ayında kənd təsərrüfatı istehsalının həcminin 6,1 faiz artdığını, 9 müxtəlif ərzaq məhsulundan 6-nın yerli istehsalla əhatə olunduğunu açıqlayıb.
Qırğızıstan 2028-ci ilə qədər 9 qida növündən 8-ni daxili istehlak üçün qarşılamaq qabiliyyətinə çatmağı hədəfləyir.