Türkmənistanda keçirilən yarmarkada türk fındıqları təqdim edilib.
Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyindən (KFMİB) edilən yazılı açıqlamada, 4-6 dekabr tarixlərində Türkmənistanda “11-ci Türkmənistan Türk İxrac Məhsulları Sərgisi”nin keçirildiyi bildirilib.
Açıqlamada Qara dəniz və İstanbul Fındıq və Məmulatları İxracatçıları Birliklərinin yarmarkaya ortaq stendlə qatıldığı, Türkiyənin ixrac məhsullarının nümayiş olunduğu yarmarkada müxtəlif sektorlarda fəaliyyət göstərən 75 şirkət və ixracatçı birliklərin iştirak etdiyi bildirilib.