Dünya Türk İş Şurasının Avrasiya Nümayəndələr Şurasının Azərbaycanda iclası keçirilib

Dünya Türk İş Şurasının (DTİK) Avrasiya Nümayəndələr Şurasının üzvləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib.

Türkiyənin Bakıdakı səfirliyində keçirilən proqramda səfir Cahit Bağcı, DTİK Avrasiya Nümayəndələr Şurasının sədri Ayhan Akbaba, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat, DTİK-in Azərbaycan nümayəndəsi Barış Altıparmak və iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Bağcı DEİK-in təşəbbüsü ilə yaradılmış Dünya Türk İş Şurasının uğurlu fəaliyyətini yaxından izlədiyini bildirib.

DTİK Avrasiya Nümayəndələr Şurasının Azərbaycan toplantısına ev sahibliyi etməkdən məmnun olduqlarını bildirən Bağcı, “Məqsədimiz, ictimai-siyasi xadimlərlə birlikdə hazırlanmış davamlı diaspor strategiyasını effektiv şəkildə həyata keçirərək türk diasporunu dünyanın ən təsirli diasporlarından birinə çevirməkdir” dedi.

Bağcı, DTİK-in Avrasiya bölgəsi istiqamətində fəaliyyətinin Türkiyənin Avrasiyadakı xarici siyasətini gücləndirdiyini qeyd edərək, “Türk dünyasını iqtisadi, siyasi, sosial və mədəni baxımdan birləşdirmək, xalqlarımız və dövlətlərimiz arasında həmrəylik və əməkdaşlığı genişləndirmək məqsədimizə töhfə verir. Hər sahədə Türk “Sahibkarların ortaq bir strategiya daxilində hərəkət etmə qabiliyyətinin gücləndirilməsi daha böyük təsir göstərəcək” dedi.

Əlaqəli xəbərlər