İpəkyolu Mədəniyyət, İncəsənət və Təhsil Fondunun Kino və Televiziya Əsər Sahibləri Peşəkar Dərnəyi (SETEM) ilə birgə təşkil etdiyi “12-ci Beynəlxalq İpək Yolu Film Festivalı” 13-19 dekabr tarixlərində tamaşaçıları qəbul edəcək.
Fonddan verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin Kino Ümumi Müdirliyinin dəstəyi ilə reallaşacaq Festival proqramı Beyoğlu kinoteatrında keçiriləcək.
Bu il festival çərçivəsində keçirilən müsabiqədə “Qardaşlıq Mükafatı”na dünyanın müxtəlif ölkələrindən 279 müraciət edilib. Bunlara Türkiyə ilə yanaşı, Çin, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, İtaliya, Yaponiya, Cənubi Koreya, Sinqapur, Hindistan, İraq, Yunanıstan, İran, Əfqanıstan və Pakistan filmləri də daxildir.
“SETEM Əmək Mükafatı”nın da veriləcəyi müsabiqədə ayrıca xüsusi nümayişlər, ustalarla görüş və emalatxanalar olacaq.
Builki festivalın posterinin mövzusu İpək Yolu coğrafiyasında tez-tez istifadə olunan maral və buynuz fiqurlarından hazırlanmışdır.
Festival müsabiqəsinin mükafatlandırma mərasimi dekabrın 19-da Şişli Nazım Hikmət Mədəniyyət Mərkəzində keçiriləcək.