Qazaxıstanın sənaye və tikinti naziri Kanat Şarlapaev hökumətin iclasında açıqlama verib.
Nazir bildirib ki, Qazaxıstanda nadir torpaq elementləri üçün yeni mədənlər fəaliyyət göstərir.
İlkin məlumatlara görə, Qaraqandı vilayətindəki Kuyrektikol yatağında 935 min ton nadir torpaq elementi var. O, 2023-cü ildə 10 beynəlxalq şirkətin təxminən 78 milyon dollar sərmayə qoyacağını və 25 min km²-dən çox ərazini araşdıracağını açıqladı.
Şarlapaev həmçinin bildirib ki, geoloji tədqiqatlarda innovativ metodlardan istifadə olunur və aerogeofiziki tədqiqatlar aparılır.
Pilot layihə Şimali Balxaş bölgəsində və Kəlbə-Narım bölgəsində həyata keçirilir. Geoloji məlumatların rəqəmsallaşdırılması üzrə tədqiqatlar çərçivəsində süni intellektin tətbiqi də planlaşdırılır.