Türkiyənin müdafiə və aerokosmik sənayesindən ixrac rekordu

Türkiyə İxracatçılar Məclisinin (TİM) açıqladığı ixracat rəqəmlərinə görə, müdafiə və aerokosmik sənayenin noyabr ayında ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 32,3 artaraq 637 milyon dollar olub.

Sektorun ixracatı yanvar-noyabr dövründə yüzdə 19 artaraq 5 milyard 761 milyon dollara çataraq 11 aylıq dövrdə rekord qırdı. Müdafiə sənayesinin ixracatı son 12 ayda yüzdə 18,4 artımla 6 milyard 479 milyon dollara çatıb.

Noyabr ayı ixracat rəqəmlərini qiymətləndirən Müdafiə Sənayesi Başçısı Haluk Görgün bunları qeyd etdi;

Müdafiə sənayemiz hər gün böyüyür, inkişaf edir və güclənir. Geniş, ixtisaslı və dinamik ekosistemimiz, sahədə özünü doğrultmuş sistemlərimiz və gündən-günə artan ixrac potensialımızla Türkiyənin indi nəhənglər liqasında önəmli bir oyunçu olduğunu dünyaya nümayiş etdiririk. Beynəlxalq aləmdəki bu artım tendensiyası arxasında prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın qeyd-şərtsiz dəstəyi, türk mühəndislik gücünə və mühəndislərinə olan inamı dayanır.

“Müdafiə sənayesi şirkətlərimiz böyük rekord qırdılar”

Bütün dünyaya ixrac edə bilən müdafiə sənayesi şirkətlərimiz 2024-cü ildə 178 fərqli ölkəyə məhsul ixrac edərək böyük rekorda imza atdılar. Qarşıdakı dövrdə prezidentliyimiz həm iri miqyaslı şirkətlərimizi, həm də KOBİ-ləri əhatə edən, ixracatçı şirkətlərin sayını artıran və ixracı bütün sektor üçün davamlılığın lövbərinə çevirən beynəlxalq fəaliyyətləri davam etdirəcək.

İxracımızın artmasına, ölkəmizin inkişafına bilavasitə və ya dolayısı ilə əməyi olan bütün müdafiə sənayesi şirkətlərimizi və onların əməkdaşlarını ürəkdən təbrik edir, bu nailiyyətlərin ölkəmizə mühüm qazanclar gətirəcəyinə ümid edirəm.

Əlaqəli xəbərlər