Qırğızıstan prezidenti Çaparov Avstriya şirkətlərini sərmayə qoymağa dəvət edib

Rəsmi səfər üçün getdiyi Avstriyada Qırğızıstan prezidenti Sadir Caparov Avstriya şirkətlərini ölkəsinə sərmayə qoymağa çağırıb.

Prezidentin Mətbuat Mərkəzindən verilən məlumata görə, prezident Çaparov Vyanada Avstriya Prezidenti Aleksandr Van der Bellen ilə görüşüb.

Avstriya ilə dostluq münasibətlərinə böyük dəyər verdiklərini deyən Çaparov iki ölkə arasında iqtisadi əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyinə diqqət çəkib.

Çaparov qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın perspektivli sahələri hidroenergetika, turizm, təhsil, səhiyyə, rəqəmsallaşma və mineral ehtiyatlar sektorudur.

Su elektrik enerjisi məsələlərinə diqqət çəkən Çaparov Avstriya şirkətlərini ölkəsində kiçik və orta su elektrik stansiyalarının və xizək kurortlarının tikintisində iştirak etməyə dəvət edib.

İclasın sonunda enerji, rəqəmsal inkişaf, maliyyə, təbii ehtiyatlar və əqli mülkiyyət nazirlikləri və qurumları arasında anlaşma memorandumu imzalanıb.

Əlaqəli xəbərlər