Dünyanın ən uzunömürlü cərrahı Qırğızıstanda dünyasını dəyişib. 70 illik iş həyatında 30 mindən çox əməliyyat keçirən və bu səbəbdən Ginnesin Rekordlar Kitabına düşən Prof. Dr. Mambet Mamakeev 97 yaşında dünyasını dəyişib.
Mambet Mamakeev yüzlərlə tələbə yetişdirdi. 200-dən çox elmi araşdırma yazan və Qırğızıstanda tibb elminin inkişafı üçün böyük səylər göstərən Mamakeev Qırğızıstanın yetişdirdiyi ən böyük tibb mütəxəssislərindən biri idi. 2004-cü ildə Qırğızıstan Qəhrəmanı adına layiq görülən Mamakeev həm də “Manas” ordeni kimi onlarla yüksək səviyyəli mükafatların sahibi olub.
Mamakeyevin vəfatı ilə əlaqədar dövlət rəsmiləri, xüsusilə prezident Sadır Caparov başsağlığı verib.
Mambet Mamakevin dəfn mərasimi sabah onun qurduğu və qarşısında heykəli olan Qırğızıstan Milli Cərrahiyyə Klinikasının qarşısında keçiriləcək.