Qazaxıstanda koloniyada terror aktının qarşısı alınıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları cəzaçəkmə müəssisəsində terror aktı hazırlayan şübhəlini və onun əlbirlərini saxlayıblar.

TASS xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Almatı, Kostanay vilayətləri və Jetısu vilayətində koloniyaların yoxlanıldığı qeyd edilir. Radikal dini ideologiyanın 10 tərəfdarının fəaliyyətinin qarşısı alınıb. İlkin məlumatlara görə, təqsirləndirilən şəxslərdən biri həbsxanada olarkən terror aktı hazırlayır, qalanları isə terror ideologiyasının təbliğatında iştirak edib, həmçinin təşkilata işləmək üçün adamlar cəlb ediblər.

Əlaqəli xəbərlər