Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən Aktau şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı-2025” adına layiq görülüb.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyindən verilən məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının 41-ci Dövr Toplantısı keçirilib.
TÜRKSOY-un növbəti il üçün fəaliyyətinin qiymətləndirildiyi iclasda Qazaxıstanın Aktau şəhərinə “Türk Dünyasının Mədəniyyət Paytaxtı-2025” adının verilməsi də qərara alınıb.
Belə ki, ötən il “Türk Dünyasının Mədəniyyət Paytaxtı-2024” olan Türkmənistanın Anev şəhəri keçirilən festivalla titulunu Qazaxıstanın Aktau şəhərinə köçürüb.