Türk dövlətləri Qırğızıstanda toplanacaq

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə Toplantısı “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və Azərbaycan üçün təhlükəsizlik” şüarı ilə keçiriləcək”.

Ortaq keçmiş, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət…

Türk dünyasının ortaq gücü olan Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasını daha da gücləndirmək üçün 15-ci ilində Bişkekdə keçiriləcək yeni Zirvə toplantısında bir araya gələcək.

Qırğızıstan prezidenti cənab Sadır Caparovun ev sahibliyi edəcəyi Zirvə toplantısında Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri bir araya gələcək. Bundan başqa, sammitdə müşahidəçi üzv ölkələr olan Macarıstan, Türkmənistan və KKTC liderləri və TDT-nin baş katibi də iştirak edəcək.

Sammit “Türk dünyasının güclənməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı ilə keçiriləcək. Sammitin Təşkilatın hərtərəfli gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün mühüm platforma olacağı gözlənilir. Bu kontekstdə liderlər əsas məsələlər üzrə qərarlar qəbul edəcək və sazişlər imzalayacaq və iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik sahələrində CSA layihələri ilə bağlı rəsmi sənədləri təsdiq edəcəklər.

Əlaqəli xəbərlər