Türkmənistanda Turizm Festivalı keçirilib
Aşqabadda keçirilən festivalda İran və Türkmənistandan turizm şirkətləri iştirak edib.
Türkmənistan və İranın turizm sahəsində əməkdaşlığı razılaşmalarla gücləndirilib.
Türkmənistan Dövlət Rəssamlıq Akademiyasında keçirilən Turizm Festivalında iki ölkənin rəsmiləri bir araya gəlib. Tədbirdə diplomatik nümayəndəliklərin, turizm şirkətlərinin nümayəndələri, alimlər və media mənsubları iştirak ediblər.
Tədbirdə iki ölkənin ortaq mədəni dəyərləri sərgilənib, sənətçilərin çıxışları maraqla izlənilib.
İştirakçılar şirkətlərdən maraqlı marşrutlar haqqında məlumat alıblar. İranın Aşqabaddakı səfiri Türkmənistanla mehriban qonşuluq əlaqələrinin təkcə mədəniyyət və turizmlə məhdudlaşmadığını bəyan edərək, yanacaq-energetika sahəsində birgə işlərə toxunub.