Bu həftə – 28 oktyabrdan 3 noyabradək Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.

Oxu.Az-ın təqdim etdiyi afişada oktyabrın 28-dən noyabrın 3-dək Bakıda keçiriləcək tamaşalar, konsertlər və digər tədbirlər yer alıb.

30 oktyabr

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da Lənkəran Dövlət Dram Teatrının “Casus” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-12 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da “Toros canavarı” tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 6-10 manat.

31 oktyabr

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat 19:00-da “Vaqif” ikipərdəli operası nümayiş olunacaq.

Biletlərin qiyməti: 12-20 manat.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “İblis və…” tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa noyabrın 2-si və 3-də də göstəriləcək.

Biletlərin qiyməti: 10-25 manat.

1 noyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da “Qırmızıpapaq” adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 16:00-da “Qoğal” adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da “Sən həmişə mənimləsən” tamaşası təqdim olunacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da “Прости за любовь” (“Sevgi naminə bağışla”) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 15 manat.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Qətibə İnanc” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Qafqazlı qardaşqızı” nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-15 manat.

2 noyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da “Ağca və yeddi cırtdan” tamaşası uşaqlara təqdim olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Приключения Алладина, принцессы Жасмин и Джина-духа лампы” (“Ələddin, şahzadə Jasmin və lampadakı cinin macəraları”) tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa noyabrın 3-də də göstəriləcək.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Dəcəl keçi” tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Nizami Kino Mərkəzində saat 15:00-da “Sadece sen” filmi nümayiş olunacaq.

Biletlərin qiyməti: 8 manat.

“Bakı” kinoteatrında saat 15:00-da “Soyuq Günəş” filminin nümayişi olacaq.

Biletlərin qiyməti: 6 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 18:00-da “Cırtdan” tamaşası uşaqlara təqdim olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da “Mən Feyerbaxam” tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 10 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da “Три красавицы” (“Üç gözəl”) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Baladadaşın toy hamamı” tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Красавица и чудовище” (Gözəl və Bədheybət – rus dilində) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 5-30 manat.

Azərbaycan Dövlət Kukla Teatrında 12:00, 14:00 və 16:00-da “Üç donuz balası” tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Şirinlər” tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da “Balaca kişilər” tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 8-10 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Beş manatlıq gəlin” tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da “Судьба артиста” (“Artistin taleyi”) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 15 manat.

Əlaqəli xəbərlər