Qırğızıstan və Özbəkistan arasında ticarət həcmi ilk 9 ayda 600 milyon dollara yaxınlaşdı

Qırğızıstan və Özbəkistan arasında ticarət həcmi artmaqda davam edir. İki ölkə arasında keçən il 694 milyon dollar olan ortaq ticarət bu ilin 9 ayında 587,5 milyon dollara yüksəlib.

Özbəkistanın Qırğızıstana ixracı 403 milyon dollar olduğu halda, idxalı 185 milyon dollara çatıb. İki ölkə liderlərinin ötən iyul ayında Daşkənddə keçirilən görüşündə ortaq ticarət həcmi hədəfi 2 milyard dollar olaraq təyin olundu.

Qırğızıstan və Özbəkistan da hasilat sahəsində birgə addımlar atır. Qırğızıstanda Qırğızıstan-Özbəkistan birgə avtomobil zavodu fəaliyyətə başlayıb. Zavod avtobuslar, eləcə də yüngül ticari avtomobillər istehsal edir.

İki ölkə arasında həyata keçirilən birgə layihələrdən biri də Kara Balta Tekstil Fabriki olub. Qırğızıstan-Özbəkistan İnkişaf Fondu tərəfindən maliyyələşdirilən layihə ilə gündəlik 50-70 ton tekstil məhsulları istehsal edilir və məhsul Qazaxıstan və Rusiya kimi xarici bazarlara da satılır.

Əlaqəli xəbərlər