Qazaxıstanda dünyanın 23 aparıcı universitetinin filialları açılıb

Dünyanın 23 aparıcı universiteti Qazaxıstanda öz filiallarını açıb və ölkədə fəaliyyətə başlayıb.

Qazaxıstanın paytaxtı Astanada elm, təhsil, innovasiya, rəqəmsallaşma və iqlim sahələrində gələcəyin mənzərəsini yaratmaq məqsədi daşıyan “Connected-2024” beynəlxalq konfransı keçirilib.

Konfransda 20-dən çox ölkədən 60-dan çox ekspert iştirak edib və öz təqdimatlarında dövrün çağırışlarını və onun təklif etdiyi imkanları qiymətləndirib.

Qazaxıstanın baş nazirinin müavini Tamara Düysenova “Gələcək dünyaya şüurlu baxış” adlı əsas sessiyada çıxışında bildirib ki, xarici təhsil müəssisələrinin ölkəyə gətirilməsi istiqamətində səylər davam edir.

Dünyanın qabaqcıl universitetlərindən 23-nün Qazaxıstanda artıq filiallarına başladığını bildirən Düysenova, beynəlxalq standartlara uyğun təhsil proqramı ilə əmək bazarı üçün mütəxəssis yetişdirməyi, qabaqcıl təhsil proqramları ilə texnologiyanı ölkəyə gətirməyi və inkişaf etdirməyi hədəflədiklərini bildirib.

Əlaqəli xəbərlər