Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un dəstəyi ilə təşkil olunan festivala Türkiyədən Sivas Dövlət Teatrının aktyorları “Karacaoğlan” tamaşası ilə qatılıblar.
Aşqabadda TÜRKSOY Beynəlxalq Teatr Festivalı üçün möhtəşəm mərasim keçirilib.
Mərasimdə Türkmənistan Nazirlər Şurasının sədr müavini Mehricemal Memmedova, Türksoy-un baş katibi Sultan Raev və mədəniyyət və incəsənət dünyasının dəyərli duayenləri iştirak ediblər. Festival Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də ev sahibi Türkmənistan teatrlarının iştirakı ilə baş tutub.
TRT-yə danışan TÜRKSOY-un baş katibi Sultan Raev bildirib ki, məqsəd türk dövlətləri arasında mədəni inteqrasiyanı təmin etməkdir.
Tamaşada 17-ci əsrdə köçəri türkmən tayfalarında böyüyən Karacaoğlanın mülkədarın qızı Sanemə olan sevgisi və onunla birlikdə qaçması hekayəsindən bəhs edilir.
Nümayiş olunan tamaşalar tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.