Qazaxıstan hökuməti TDT Mülki Müdafiə Mexanizminin yaradılması haqqında sazişi təsdiqləyib

Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri üçün təbii fəlakətlərlə birgə mübarizə aparmaq üçün səlahiyyətli və hüquqi beynəlxalq təşkilatın yaradılmasına “hə” dedi.

Qazaxıstan hökuməti təbii fəlakətlərə qarşı mübarizədə TDT-yə üzv ölkələrin institusional dam altında əməkdaşlığı haqqında fərman verməklə müvafiq sazişi təsdiqləyib.

Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın imzaladığı müqavilə çərçivəsində yaradılan TDT Mülki Müdafiə Mexanizmi hüquqi şəxs statusuna malik beynəlxalq təşkilat kimi fəaliyyət göstərəcək.

TDT Mülki Müdafiə Mexanizmi (TDTSSM), üzv və müşahidəçi ölkələr başda olmaqla, digər ölkələrin sərhədləri daxilində baş verə biləcək təbii fəlakətlər zamanı ortaq mübarizə və həmrəylik mexanizmlərini təmin etməyi hədəfləyir.

Açıqlamada bildirilib ki, mümkün hallarda təbii fəlakət və böhranlardan zərər çəkmiş tərəfin müraciəti əsasında təşkilati yardım göstəriləcək.

TDT Mülki Müdafiə Mexanizmi təbii fəlakətlərlə mübarizə çərçivəsində axtarış-xilasetmə, fövqəladə sağlamlıq, fövqəladə rabitə, müşahidə və qiymətləndirmə, humanitar yardım, böhranların qarşısının alınması və idarə olunması, təhsil kimi sahələrdə xidmətlər göstərəcək.

Əlaqəli xəbərlər