Şimali Kiprdə kəşf edilən 2 yeni növdən birinə Rauf Denktaşın adı verilib

Bolu Abant İzzet Baysal Universiteti Fən və Ədəbiyyat Fakültəsi Biologiya şöbəsinin müdiri Prof. Dr. Okan Külköylüoğlu Şimali Kipr Türk Respublikasında (KKTC) kəşf edilən 2 yeni növdən birinə KKTC-nin qurucusu və ilk prezidenti mərhum Rauf Denktaşın adını verib.

Külköylüoğlu 2022-ci ildə aspirant Ahmet Özdilekin dissertasiya işi üzərində sahə işi aparmaq üçün Şimali Kipr Türk Respublikasına gedib. Burada elmi üsullarla 80-dən çox su mühitindən nümunələr toplanıb.

Nümunələr üzərində aparılan tədqiqatlar, ədəbiyyat axtarışları və müqayisələr nəticəsində 2 yeni ostrakod (onurğasız və mikroskopik xərçəngkimilər) növü aşkar edilmişdir.

Növlərdən biri KKTC-nin qurucusu və ilk prezidenti mərhum Rauf Denktaşın adından ilhamlanaraq “Eucypris deniztası” adlandırılıb.

Əlaqəli xəbərlər