Özbəkistanda türkiyəli rəssamın oyma rəsm sərgisi açılıb

Özbəkistanın paytaxtı Daşkənddə türkiyəli rəssam Mustafa Küçükönerin “Atayurtdan Vətənə Memarlıq Mirası” adlı oyma sərgisi açılıb.

Özbəkistanın paytaxtı Daşkənddə açılan sərgidə rəssam Mustafa Küçükönerə məxsus Türk dünyasının ən gözəl tarixi bina və mədrəsələrini əks etdirən 30-a yaxın qravür sərgilənir.

Sərginin açılışında Türkiyənin Daşkənddəki səfiri Olqan Bekar da iştirak edib.

Açılışda çıxış edən səfir Bekar sərginin Türkiyə ilə Özbəkistan arasında mədəni əlaqələrin getdikcə inkişaf etdiyini göstərdiyini qeyd edərək, sərginin həm də ata-baba yurdu adlandırdıqları Özbəkistandan Anadolu torpaqlarına qədər uzanan mədəni birliyi sərgilədiyini bildirib.

Açılışdan sonra mətbuata açıqlama verən rəssam Mustafa Küçüköner sərgidə 27 oyma əsərinin nümayiş olunduğunu və bunlardan 15-nin Özbəkistandakı tarixi mədrəsələrin şəkilləri olduğunu bildirib.

Sərgi oktyabrın 20-dək açıq qalacaq.

Özbekistan’ın başkenti Taşkent’te, Türk ressam Mustafa Küçüköner’in “Atayurt’tan Anayurda Mimari Miras” adlı gravür resim sergisi açıldı. Dünya Türk İş Konseyi (DTİK), Ziraat Bank Özbekistan, Necmettin Erbakan Üniversitesi ve Taşkent Büyükelçiliğinin destekleriyle Taşkent’te açılan sergide ressam Küçüköner’e ait, Türk Dünyasının en güzel tarihi yapı ve medreselerinin yansıtıldığı 30’a yakın gravür resmi sergileniyor. ( Bahtiyar Abdülkerimov – Anadolu Ajansı )

Əlaqəli xəbərlər