Türkmənistanın paytaxtı Aşqabadda böyük türk şairi Mahtumqulu Firakinin anadan olmasının 300 illiyi münasibətilə təşkil olunan “Zaman və Sivilizasiyanın Əlaqəsi üzrə Beynəlxalq Forum – Müasir Dünyanın və İnkişafın təməli” rəsmi açılış mərasimi ilə başlayıb.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov forumda iştirak edən dövlət başçılarını və parlament rəhbərlərini Türkmənistan Ticarət və Sənaye Palatasının foyesində bir-bir qarşılayıb, xatirə şəkli çəkdirib.
Qarşılamadan sonra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri sammitin sessiyalarında iştirak etmək üçün konfrans mərkəzinə gediblər.
Ev sahibliyi etdiyi forumda Türkiyə, Rusiya, İran, Özbəkistan, Pakistan, Monqolustan, Qazaxıstan, Qırğızıstan və həmçinin Tatarıstan Muxtar Respublikası, YUNESKO, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı (TDT) və bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.