Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən mərasimdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin milli birlikləri “Türk Dövlətləri Qızıl Aypara və Qızıl Xaç Şəbəkəsi”nin anlaşma memorandumunu imzalayıblar.
Türk Qızıl Aypara Cəmiyyəti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin milli birlikləri ilə əməkdaşlığı gücləndirmək üçün yeni addım atıb. Türk Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi ilə Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Qızıl Aypara və Qızıl Xaç Şəbəkəsi yaradılıb.
Anlaşma memorandumu Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Qızıl Aypara prezidentləri tərəfindən imzalanıb.
İmzalanma mərasimində Türk Dövlətləri Təşkilatının və Qırğızıstan Rəyasət Heyətinin nümayəndələri ilə yanaşı, Türkiyə və Azərbaycanın Bişkekdəki səfirləri də iştirak ediblər.