Özbəkistanda son illərdə inkişaf edən sektorlardan biri də Turizmdir. Daşkənddə keçirilən Turizm və Otelçilik Sərgisində sektorun maraqlı tərəfləri bir araya gəlib.
Yarmarkada 50-yə yaxın şirkət stend qurmuşdur. Sərgidə Özbəkistanda xidmət göstərən turizm şirkətlərinin ehtiyaclarını qarşılayacaq məhsul və xidmətlər təqdim olunur.
Turizm Sərgisində otellər üçün mebel, mətbəx avadanlıqları, təmizlik məhsulları və turizmdə istifadə olunan bütün məhsulları görmək mümkündür. 3 gün davam edəcək yarmarkanın turizm sektorunda yerli məhsulların istifadəsini artıracağı gözlənilir.