Türkmənistan ilə Türkiyə arasında ticarət həcmi son illərdə getdikcə artmaqda davam edir. Türkmənistanın ixracat rəqəmlərində Türkiyə 12%, idxal rəqəmlərində isə 28% paya malikdir.
Türkmənistan Türkiyədən dəmir və polad məmulatlarından tikinti materiallarına, ağ əşyalardan mebelə və maşınlara qədər geniş çeşiddə məhsul idxal etdiyi halda, Türkiyə Türkmənistandan neft məhsulları, gübrə, pambıq, polipropilen, mis və alüminium idxal edir.
Türkiyə Statistika Təşkilatının məlumatlarına görə, Türkiyənin Türkmənistanla ticarət həcmi 2023-cü ildə 2022-ci ilə nisbətən təxminən 27% artaraq 2,66 milyard dolları keçib. 2024-cü ilin ilk 7 ayında ümumi ticarət həcmi 1,3 milyard dollara çatıb.
Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok, “İnkişaf edən əlaqələr iki ölkə arasında xidmət ticarətində də özünü göstərir. Türkmənistan müstəqillik qazandıqdan sonra Türk şirkətləri podrat xidmətləri sahəsində ölkədə 53,4 milyard dollar dəyərində 1080 layihəni uğurla başa çatdırıb. “Türkiyə şirkətləri 2023-cü ildə 3,3 milyard dollar dəyərində 7, 2024-cü ildə isə 244 milyon dollar dəyərində 6 layihə həyata keçirəcək”.
Hazırda Türkiyədə 18 min türkmən tələbənin təhsil aldığını deyən səfir Dəmirok təşkil edilən yarmarka və forumlarla ticarət sahəsində əməkdaşlığın daha da artacağını bildirib.