Qırğızıstanda tayqan cinsi itlər və bürküt cinsi yırtıcı quşlar təqdim edilib

Qırğızıstanda təşkil edilən Festivalda ovda istifadə edilən tayqan cinsi itlər və bürküt cinsi yırtıcı quşlar təqdim edilib.

Çuy rayonunun Sovet kəndində yerli hökumətlərin dəstəyi ilə Etnik Ov və Milli Oyunlar Festivalı (Mergen Fest) təşkil olunub.

Yerli və xarici turistlərin böyük marağına səbəb olan Festival paradla başlayıb.

Festivalda ovda istifadə edilən tayqan itləri və yırtıcı quşlar təqdim edilib, ənənəvi at oyunları sərgilənib.

Təşkilatçı Taalai Şükürov açıqlamasında bildirib ki, Mergen Fest nəsildən-nəslə ötürülən qədim adət-ənənələrin yaşadılması üçün mühüm platformadır.

Festival çərçivəsində keçirilən yarışmada Tayqan cinsi itlər yerişinə, duruşuna, sağlamlığına, baxımına, cins xüsusiyyətlərinə və yaşına görə qiymətləndirilib.

Bürküt yırtıcı quşlarının ov bacarıqları da münsiflər heyəti tərəfindən ölçüldü və hər iki yarışın sonunda medal və mükafatlar verildi.

Əlaqəli xəbərlər