Azərbaycanda səfərdə olan Qazaxıstan Prezidentinin Müşaviri Malik Otarbayev və Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Qənirə Paşayevanın məzarını ziyarət ediblər.
Yenituran.az xəbər verir ki, ziyarət zamanı Qazaxıstan Prezidentinin Müşaviri Malik Otarbayev və Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Qənirə Paşayevanın ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

